Terrorçular neft kəmərinə hücum etdilər
22 Avqust 2013 Cümə Axşamı 20:48
Türkiyəyə neft daşıyan boru xəttinin İraqdan keçən hissəsində 3 partlayış qeydə alınıb.
İraqda yenə partlayışlar baş verib. Türkiyəyə neft daşıyan boru xəttinin İraqdan keçən hissəsində 3 partlayış qeydə alınıb.

ANS PRESS-in TRT-Azərbaycan-a istinadən verdiyi xəbərə görə, Tsin bölgəsindəki Kərkük Vilayət Təhsil İdarəsindən 20 metr aralıda bomba yerləşdirilmiş avtomobil partladılıb.

İdarənin qarşısındakı bombalı hücumda ölən olmasa da, 2 polis əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ətrafdakı avtomobillər və iş yerlərinə də ciddi ziyan dəyib.

Partlayışdan sonra İraq təhlükəsizlik qüvvələri bölgədə araşdırmalara başlayıb. Neft boru xəttində təşkil olunan hücumlar da Kərkük və Ninova şəhərləri yaxınlığında qeydə alınıb. Boru xəttinə güclü ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, həmin boru xətti son iki ayda 37 dəfə hücuma məruz qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar