Terrorçular mescidi yandırdı
29 İyul 2013 Bazar Ertəsi 08:41
Hücum neticesinde ölen ve xesaret alan olmasa da, binalara maddi ziyan deyib.
Türkiyənin Şırnak vilayətində terrorçular məscidə hücum ediblər. Yerli mətbuatın xəbərinə görə, terrorçular məscidə, onun yaxınlığında olan dərsxanaya və gənclik mərkəzinin binasına kustar üsulla hazırlanmış partlayıcı maddə və “molotof kokteyli” atıblar.
Hücum nəticəsində ölən və xəsarət alan olmasa da, binalara maddi ziyan dəyib. Hadisəni törədən üzünü poşu ilə bağlamış terrorçular hadisə yerindən qaçıblar. Hazırda polis qaçan terrorçuların tapılaraq ələ keçirilməsi istiqamətində əməliyyatlara davam edir.
DOSTLARINLA PAYLAŞ: