Terrorçular iş adamına sui-qesd etmek istediler
03 Avqust 2013 Şənbə 11:36
Dağıstanda Məhəmməd Əhmədov adlı sahibkara məxsus avtomobildə partlayıcı maddə aşkar edildi.
Dağıstanın Mahaçqala şəhərində partlayışa hazır partlayıcı maddə aşkar edilib.

ANS PRESS-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, polisin apardığı istintaq əməliyyatı nəticəsində “Lexus” markalı avtomobilə quraşdırılmış 600 qramlıq “TNT” bombası tapılaraq zərərsizləşdirilib.

Məlumata görə, avtomobil Məhəmməd Əhmədov adlı sahibkara məxsus olub.

Dağıstan polisi hazırda bombanın iş adamının maşınına quraşdırılmasını səbəblərini və həmin terrorçuların kimliyini araşdırmaqla məşğuldur.

İlkin versiyalara görə, terrorçular iş adamına qəsd etmək üçün bombanı avtomobilə quraşdırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar