Terrorçular Avropada THY börosunu işğal edib
28 İyul 2012 Şənbə 02:30
İşğal aksiyası sadəcə 15 dəqiqə davam edib.
PKK terror təşkilatının bir qrup üzvü Avstriyanın paytaxtı Vyanada Türk Hava Yollarının (THY) bürosunu ələ keçirib. THY bürosunda PKK lideri Abdullah Öcalanın portretini açan terroçular həbsdə olan terrorçu liderin azadlığa buraxılmasını tələb edib və onun lehinə şüarlar səsləndiriblər.
İşğala dərhal müdaxilə edən Avstriya polisi gözyaşardıcı qazla terrorçuları zərərsizləşdirib. Məlumata görə, yerli vaxtla saat 19.00-da başlayan işğal aksiyası 19.15-də başa çatıb.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb, işğalı həyata keçirən aksiyaçılar saxlanılaraq polis şöbəsinə aparılıb.
DOSTLARINLA PAYLAŞ: