Terrorçular 3 türk əsgərini qaçırdı
07 Avqust 2012 Çərşənbə Axşamı 04:25
Terrorçular məzuniyyətə çıxaraq evlərinə getməkdə olan 3 əsgəri naməlum istiqqamətə aparıb.
Türkiyədə Diyarbəkir – Bingöl magistral yolunda sərnişin avtobusunu dayandıran PKK terrorçuları avtobusda olan 3 siravi əsgəri qaçırıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə ötən axşam yerli vaxtla saat 20.10-da (Bakı vaxtıyla 22.10) Şanlıurfa – Trabzon xətti ilə hərəkət edən şəhərlərarası avtobusda baş verib. Məlumata görə, yolda “reyd” keçirən terrorçular avtobusda əsgər olduğunu müəyyən etdiyi, məzuniyyətə çıxaraq evlərinə getməkdə olan 3 nəfəri avtomobillə naməlum istiqqamətə aparıb.

Faktı təsdiq edən Diyarbəkir valisi Mustafa Torpaq qaçırılan əsgərlərin xilas edilməsi üçün hərbi hava donanmasının dəstəyi ilə əməliyyatlara başlanıldığını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar