Terrorçu həbsxanada Hafiz oldu
27 Yanvar 2013 Bazar 05:17
Quran oxumağı öyrənən terrorçu məhkum İbrahim Çetinkaya daha sonra Quranı əzbərləyib.
Türkiyədə terror cinayəti ilə həbsxanaya düşən məhkum müqəddəs Qurani Kərimi başdan sona qədər əzbərləyərək Hafiz titulunu qazanıb. Hadisə Siirt vilayətindəki “E” tipi (Ümumi tipli) həbsxanada baş verib.
Məlumata görə, prokuror Bayram Bayar Siirt valisi Əhməd Aydının vilayətdə başlatdığı “7-dən 70-ə Siirt oxuyur” adlı kampaniyanı həbsxanada da tətbiq edərək məhkumları kitab oxumağa sövq edib. Kampaniya çərçivəsində Quran oxumağı öyrənən terrorçu məhkum İbrahim Çetinkaya daha sonra Quranı əzbərləyib.
Çetinkaya hər işdə bir xeyir olduğunu deyib. “Belə olması (həbsə düşmək) mənim üçün daha xeyirli imiş. İnsanın şər kimi gördüyü şeylər bəzən xeyrə də səbəb ola bilər. Mən bunu yaşadım” – deyə Çetinkaya hisslərini ifadə edib.
DOSTLARINLA PAYLAŞ: