Terror təşkilatı 3 qadın müəllimi qaçırdı
16 Oktyabr 2012 Çərşənbə Axşamı 06:46
Türkiyə Siirt vilayəti Pervari rayonun Doğan kənd yaxınlığında yolu kəsən PKK terror təşkilatının bir qrup üzvü 3 qadın müəllimi və onların olduğu avtomobilin sürücüsünü qaçırıb.
“İhlas” agentliyinin məlumatına görə, hadisənin ba.ş verdiyi yerə çox sayda polis və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Herkol dağına qaçdığı müəyyən olunan terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyatlar başlayıb.
DOSTLARINLA PAYLAŞ: