Terror təhlükəsi barədə xəbərdarlıq artıq aktual deyil
05 Aprel 2011 Çərşənbə Axşamı 13:53
"Səfirlik öz işini adi rejimdə, tam tərkibdə davam etdirir"
“Terror təhlükəsi barədə xəbərdarlıq artıq aktual deyil”. Bunu bu gün Bakıda jurnalsitlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem deyib.
"Səfirlik öz işini adi rejimdə, tam tərkibdə davam etdirir", deyə səfir əlavə edib.
Xatırladaq ki, İsrailin Dövlət Terrorla Mübarizə Bürosu bir sıra ölkələrdə israillilərə qarşı yüksək hücum ehtimalının olması ilə bağlı xəbərdarlıq elan etmişdi. Xəbərdarlıq “Hizbullah” lideri İmad Muğninin zərərsizləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar idi. Terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunurdu ki, yaxın həftələr ərzində israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: “Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fildişi Sahili, Mali və Mavritaniya”.
İsrailin Azərbaycandakı səfirliyi siə mümkün terror təhlükəsi ilə bağlı olaraq fevralın 14-də fəaliyyətini dayandırmışdı. Səfirliyin logistik səbəblərdən bağlandığı, növbəti gün isə fəaliyyətini davam etdirdiyi bildirilmişdi.
DOSTLARINLA PAYLAŞ: