Terminator qayıtdı
11 Fevral 2011 Cümə 12:05
Arnold Şvarsneqer kinoya qayıtdığını elan edib
Arnold Şvarsneqer ABŞ-ın Koliforniya ştatının qubernatoru olması ilə əlaqədar 7 illik fasilədən sonra aktyorluq karyerasına qayıtdığını bəyan edib. O, bu qərarını "Twitter"dəki mikrobloqunda elan edib.
""Creative Artists Agency" aktyor agentliyi 7 il ərzində dəfələrlə məndən soruşub ki, mənə nə vaxt ciddi təkli edə biləcəklər. İndi onlar məndən yaşıl işıq aldılar", deyə aktyor yazıb.
63 yaşlı aktyor yanvar ayında artıq bir neçə ssenarini nəzərdən keçirdiyini də demişdi. Şvarsneqer qubernator olduğu dövrlərdə yalnız bir neçə epizodik rollarda çəkilmişdi.
Qeyd edək ki, A. Şvarsneqerin qubernatorluğu heç də xoş olmayan notlarla başa çatıb. Amerikanın ən çox əhalisi olan Koliforniya ştatında ağır maliyyə böhranı yaşanır, həbsxanalar ağzınadək doludur, hətta ştatın milli parkları belə yüksək iqtisadi rejimə keçməyə məcbur olub.
Şvarsneqerin məşhurluğu onun hakimiyyətdə olduğu dövrdə aşağı düşüb. O, ABŞ-ın 11 ən pis qubernatoru siyahısına daxil etmişdi.
Qeyd edək ki, A. Şvarsneqer həmçinin 19-26 aprel tarixlərini qondarma erməni soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi həftəsi elan edib.
DOSTLARINLA PAYLAŞ: