Tərbiyə etmək adı ilə atəş açdı
29 Dekabr 2009 Çərşənbə Axşamı 19:50
Tərbiyə etmək adı ilə atəş açdı. ABŞ-ın Florida ştatında qeyri-adi hadisə baş verib.
ABŞ-ın Florida ştatında bir kişi oğlan uşağına dərs vermək üçün pnevmatik tapançadan atəş açdığına görə həbs olunub. Sent-Lyuis dairəsinin Polis İdarəsindən verilən məlumata görə, 39 yaşlı Kristofer Fred Kedi Milad hədiyyəsi olan pnevmatik tapançadan oğlan uşağının sinəsinə atəş açıb. O bunu uşağın öz dayısı oğlunu vurmasından sonra edib.

Kedi bu şəkildə uşağa göstərmək istəyib ki, pnevmatik tapançadan atəş təhlükəlidir və xəsarətlə nəticələnə bilər.

Hazırda kişi uşaqlarla sərt davranmaqda ittiham olunur və onun üçün 500 dollar məbləğində girov müəyyən edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar