Ter-Petrosyan yenə Qarabağdan danışdı
09 Noyabr 2010 Çərşənbə Axşamı 23:05
Ermənistan müxalifətinin lideri danışıqların tamamilə fərqli formatda aparıldığını deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ATƏT-in Minsk qrupu çərçivəsində tamamilə fərqli formatda davam etdirilir. Belə bir bəyanatla bu gün İrəvanın mərkəzində keçirilən mitinqdə sabiq prezident, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan çıxış edib. Onun sözlərinə görə, bunu prezidentlərin Həştərxanda keçirdikləri üçtərəfli görüş bir daha sübut edir: “Okytabrın 27-də prezidentlərin Həştərxanda keçirdikləri görüş mənim fikrimi bir daha təsdiq edir”.
Qeyd edək ki, prezidentlərin görüşündən sonra Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin əsas həllinin Qərbdə deyil, Rusiyanın əlində olduğunu bəyan etmişdi.
Xatırladaq ki, oktaybrın 27-də Həştərxanda prezident İlham Əliyev, eləcə də onun Rusiya və ermənistanlı həmkarı Dmitri Medvedev və Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Danışıqlarda əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib və yekun olaraq hərbi əsir və mülki şəxslərin qaytarılmasına dair bəyannamə imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: