Ter-Petrosyan:“Koçaryan Ermənistandan daha varlı şəxsdir”
16 Aprel 2012 Bazar Ertəsi 11:15
Sabiq prezident Ermənistan hakimiyyətini kəskin tənqid edib.
“Erməni xalqını miqrasiyaya sövq edən şəxsin, erməniləri deportasiyaya məcbur edən Osmanlı Türkiyəsindən fərqi nədir?”. Bu sözləri Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan Berde şəhərində parlament seçkisi önəcəsi keçirilən görüş zamanı bildirib.

“Bizi kim qorxudub? Bir qrup oğrular və quldurlar dəstəsi. Robert Koçaryan kimdir? O, hazırda respublakımızdan da varlı bir şəxsdir. Siz bunu bilirsiniz? Serj Sarkisyan da Ermənistandan varlı bir şəxsdir. Siz bilirsiniz? Bu haqda Moskva qəzetləri yazırda. Onlar bu qəzetləri məhkəməyə vermədilər. Ermənistanda isə bu cür məqalələri yazan jurnalistləri məhkəməyə verərdilər. Əgər siz kişisinizsə Moskvadakıları da məhkəməyə verin”, - deyə Levon Ter-Petrosyan bildirib.

Levon Ter Petrosyan İcevan şəhərində çıxışında da Ermənistan hakimiyyətini ittiham edərək onların qondarma erməni qoyqırımını tanıtdırmağa haqlarının olmadığını bildirib. Ter-Petrosyanın Ermənistan hakimiyyətini öz xalqına qarşı soyqırımı törətməkdə ittiham edib. Levon Ter-Petrosyan çıxışının sonunda ölkədəki vəziyyəti dəyişmək üçün parlament seçkilərinin son şans olduğunu vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar