Ter-Petrosyan hakimiyyəti hədələdi
01 Mart 2011 Çərşənbə Axşamı 21:41
Ter-Petrosyan hakimiyyəti hədələdi. Ermənistan müxalifəti Sarkisyana öz şərtlərini irəli sürüb.
Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bu gün 1 mart hadisələri ilə bağlı keçirilən mitinqdə hakimiyyətdən sosial dəyişikliklərin həyata keçirilməsini tələb edib. Ter-Petrosyan nümayişdə iştirak edənlərin adından maaşların artırılmasını və minimum əmək haqqının 200 dollar həcmində müəyyən edilməsini tələb edib. Qeyd edək ki, Ermənistanda minimal əmək haqqı 32,5 min dram və ya 100 dollardır. Petrosyan daha sonra işsizliyə görə müavinətin 100 dollar, orta pensiyanın isə 112 dollar həcmində təyin edilməsini tələb edib. Onun sözlərinə görə, iri müəssisə rəhbərləri və yüksəkçinli məmurların ciblərinə qoyduqları ödəmədikləri vergilər bütün xərcləri kifayət qədər ödəyər.

Müxalifət həmçinin kənd təəsrrüfatına vəsaitlərin ayrılması, kəndlilərə kreditin verilmə prosedurunun sadələşdirilməsini tələb edib. Müxalifət lideri tələblərində bir az da irəli gedərək baş nazir Tiqran Sarkisyan, baş nazirin müavini Armen Qevorkyan, baş prokuror Aqvan Ovsepyan, Ermənistan polisinin rəhbəri Alik Sarkisyan və digər məmurların işdən çıxarılmasını istəyib. Petrosyan onları iqtisadi sahədə buraxdıqları səhvlər və qanunsuz əməllərdə ittiham edib. Sadalananların böyük əksəriyyəti həyata keçirilsə, EMK parlament və prezident seçkisinin keçirilməsi ilə bağlı hakimiyyətlə dialoqa hazır olduqlarını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar