Bir çox turistlər yanğından qurtulmaq üçün özlərini çaya atıb.
İngiltərə paytaxtı Londonda “Dak Tur” ekskursiya gəmisi Temza çayında qəzaya uğrayıb. Parlament yaxınlığından üzən gəmi alışaraq yanıb. Polis və yanğınsöndürmə xidməti gəmi gəzintisində 28 turistin və 2 heyət üzvünün iştirak etdiyini və onların hamısının xilas edildiyini açıqlıayıb. Bir çox turistlər yanğından qurtulmaq üçün özlərini çaya atıb və yaxınlıqdan keçən “Tur gəmiləri” ilə xilas edilib. Sərnişinlərdən 1 qadın və azyaşlı uşaq dəm qazı udduğundan yaxınlıqda olan xəstəxanaya yerləşdirilib. Digər sərnişinlər isə çayım sahilində qaynar çay içməklə isinməyə çalışıb.
Qeyd edək ki, “Dak Tur” ekskursiya xidmətinin gəmiləri həm suda həm də quruda Londonun görməli yerlərini səyahət etməyə imkan verən təkərli gəmilərdir. Hər cür yolda hərəkət edə bilən gəmini bürümüş alovu aradan qaldırmaq üçün 4 yanğınsöndürmə maşını 1 yanğınsöndürmə gəmisindən istifadə olunub.