Telman İsmayılova dövlet başçısından zerbe
08 May 2013 Çərşənbə 20:35
İş adamının 80 milyon dollarlıq ticarət kompleksi qeyri-qanuni tikili kimi tanına bilər.
Moskva hökuməti azərbaycanlı biznesme Telman İsmayılova məxsus İzmaylovski parkını 25 illik kirayə verməyi nəzərdə tutub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada yaşayan azərbaycanlı biznesmenin Putin hakimiyyətilə apardığı 6 illik mübarizənin nəticəsi olmayıb. İş adamının İzmaylovski parkında kirayə götürdüyü 80 milyon dollarlıq ticarət kompleksi qeyri-qanuni tikili kimi tanına bilər.

Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan, İzmaylovski parkının daxilindəki “Ruslayna - 2000” Açıq-Səhmdar Cəmiyyətinin 1,2 hektar sahəsini 25 illik kirayə verməyi nəzərdə tutub.

Qeyd edək ki, Telman İsmayılov sözügedən ticarət kompleksinə görə Rusiya hökumətinə ildə 35 – 45 milyon rubl ödəyirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar