Telman İsmayılov ATV telekanalını almaq istəyir
08 Oktyabr 2009 Cümə Axşamı 19:50
Telman İsmayılov ATV telekanalını almaq istəyir. Azərbaycanlı milyarder media-maqnat olmaq həvəsindədir.
Azərbaycanlı milyarder Telman İsmayılov şəriki “Torunlar Group”la birgə öz mövqeyini Türkiyə media aləmində möhkəmlətmək qərarına gəlib. Onlar əvvəllər də "Milliyyet" qəzetini və "Hurriyyet" nəşriyyatının səhmlərinin çox hissəsini almaq niyyətlərini də bəyan etmişdilər.

Türkiyə KİV-inə inansaq, T.İsmayılovun planlarında həmçinin “Vatan” qəzetini, Star TV və Kanal T telekanallarını almaq var.

Bəzi tməlumatlara görə, media-maqnat olmaq həvəsində olan T.İsmayılov “Dogan” şirkətlər qrupuna məxsus Türkiyənin ATV teleşirkətinin də sahibi olmaq istəyir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar