Televiziya işçiləri də tətilə qoşuldular
05 Dekabr 2012 Çərşənbə 13:39
Misirdə prezidentə qarşı etiraz dalğası genişlənir
Misirin paytaxtı Qahirədə prezident sarayının qarşısında etiraz aksiyası bu gün də davam edir. Nümayişçilər prezident Məhəmməd Mursinin öz səlahiyyətlərini artıran sənəd imzalamasına və onun tərəfdarlarının tələsik konstitusiya layihəsi hazırlayaraq qəbul etmələrinə etiraz edirlər. Prezident sarayının qarşısında bir neçə çadır qalmaqdadır.
Ötən gün polis saray qarşısında barrikadalar qurmağa çalışan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu gün Təhrir meydanında çadır düşərgəsi quran etirazçıların aksiyası da davam edir. Televiziya işçiləri də tətil elan edərək, etiraz aksiyasına qoşulublar. Bu gün nümayişin miqyasının genişlənəcəyi ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: