Televiziya aparıcılarına makiyaj etmək qadağan edildi
02 Dekabr 2009 Çərşənbə 18:00
İranda televiziya aparıcılarına makiyaj etmək qadağan edildi. Bu, əsasən qadın aparıcılarına aiddir.
İranın dövlət televiziyasında qadın aparıcılar ilə bağlı yeni qərarlar qəbul edilib. Televiziyanın icracı direktoru İzzətullah Zərgari bu gün keçirdiyi iclasda qadınların makiyajla efirə çıxmasının şəriətə zidd olduğunu bildirib.
Direktor həmçinin qadınların kişilərlə həm televiziya, həm də radio efirlərində zarafat etməməyi tapşırıb. O bildirib ki, bu gündən sonra qadın qonaqları yalnız qadınlar qəbul edəcək.

Zərgari efirdə musiqiyə çox yer verilməsindən də narahatlığını bildirib. O, bununla bağlı lazimi tədbirlərin görülməsini tapşırıb.

Qeyd edək ki, Zərgari İranın dini lider Əli Xamneyi tərəfindən ötən ay ikinci dəfə dövlət televiziyasının rəhbəri təyin edilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar