Telekanal direktoru həbs edilib
07 Oktyabr 2010 Cümə Axşamı 19:50
Gürcüstanın "Trialeti" telekanalının rəhbəri polisə müqavimət göstərməkdə ittiham olunur.
Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən “Trialeti” telekanalının direktoru Coni Nanitaşvili polis tərəfindən saxlanılıb. Nanitaşvili polisə müqavimət göstərməkdə ittiham edilir.
Telekanalın təmsilçisi Lado Biçaşvili direktorun qanunsuz həbs edildiyini bildirib. Bicaşvili Nanitanşvilinin həbsini telekanalın fəaliyyəti ilə əlaqələndirib.
Hələlik Gürcüstann Daxili İşlər Nazirliyi məsələ ilə bağlı öz mövqeyini bildirməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: