Tələbələr Egemen Bağışa etiraz edib
08 Yanvar 2010 Cümə 07:10
Türkiyənin dövlət naziri və baş müşaviri Egemen Bağışa “Bahçeşehir” universitetinə Avropa Birliyinə üzvlük prosesinə dair konfrans vermək üçün getdiyi vaxt tələbələr onu etirazla qarşılyıb.
 Türkiyə mətbuatının yaydığı məlumata görə, “Tələbə kollektivi” adlı qrup nazir konfrans zalına daxil olduğu vaxt alqışlarla E. Bağışa öz etirazlarını bildiriblər. Tribunaya çıxan nazir tələbələrə, Avropa Birliyi standartlarına görə 2 dəqiqə etiraz aksiyası üçün vaxtları olduğunu deyib. Etirazçı tələbələr isə dövlət nazirinin əleyhində şüarlar səsləndirib. E. Bağış çıxışı dinləmək istəməyən tələbələrdən bayra çıxmalarını tələb edib. Etirazçı tələbələr polisin də təzyiqi ilə zalı tərk ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar