Tələbə qız küçədə döşəklə gəzir
06 Sentyabr 2014 Şənbə 01:53
Emma Şukovits bildirib ki, nə qədər həmin tələbə oğlan təhsil müəssisəsindən çıxarılmayacaq, o, özüylə döşəyi daşıyacaq.
Zorlama qurbanı olan bir qız universitet rəhbərlərinin fəaliyyətsizliyinə qarşı etiraz əlaməti olaraq hər yerdə döşəklə getməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, onun etirazına səbəb indiyə qədər təcavüz edən şəxsin cinayətə cəlb edilməməsidir.

Kolumbiya universitetindən Emma Şukovits bildirib ki, nə qədər həmin tələbə oğlan təhsil müəssisəsindən çıxarılmayacaq, o, özüylə döşəyi daşıyacaq.

Yuxarı kurs tələbəsi deyir ki, onun təşəbbüsü diplom alanadək davam edəcək.

Qızın özü ilə gəzdirdiyi döşək zorlamanın "şahididir", çünki ona yataqxanada bu dğşək üzərində hücum ediblər. Döşəyin çəkisi, taləbənin fikrinə görə, onun tərəfindən keçilmiş əzabların ağırlığını simvollaşdırır.

Şukovits radio vasitəsi ilə öz aksiyası haqqında informasiyanı yaymağı planlaşdırır. Qızın sözlərinə görə, onun boykotunun qaydalarından biri döşəyin yerdəyişməsiylə bağlı heç kimə köməyə görə müraciət etməməsidir.

Şukovits zorakılığa 2011-ci ilin sonunda məruz qalıb, ancaq polisə yarım il sonra şikayət edib. Qız bildirir ki, hadisə onun üçün o qədər ağır idi ki, o, birdən polisə getməyə qərar verməyib.

Şukovits tələbə qəzetində hadisədən danışıb ki, bu onun üçün gözlənilməz olub, çünki əvvəl o, artıq iki dəfə ona hücum etmiş oğlanla məcburiyyətsiz cinsi əlaqədə olub. Qızın zorlamada ittiham etdiyi tələbənin adı tələbə qəzetinə məlumdur, amma ona heç bir ittiham irəli sürülməyib. Oğlanın adı gizli saxlanılır.







DOSTLARINLA PAYLAŞ:

oyunlar