Təklikdə problemlərimiz olacaq
24 Dekabr 2010 Cümə 22:45
"Bir-birimizə kömək edəndə, bizi ayırmaq, yox etmək qeyri-mümkün olacaq"
Gürcüstan prezidenti Mixail Saakaşvili ANS-ə eksklüziv müsahibə verib. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə toxunub. Gürcüstan prezidenti məsələ ilə bağlı fikirlərini BMT-də çıxış edərkən açıqladığını deyib: “Bu birgə və sülh şəraitində olan Qafqazdır. Birgə və sülh şəraitində yaşayan Qafqaz isə o deməkdir ki, burada yaşayan xalqlar bir-birinə hörmət edir, bir-birilərinə pislik etməyə cəhd göstərmir, o cümlədən bir-birilərinin sərhədlərini tanıyır. Mən hesab edirəm ki, bizim heç birimizin ayrıca inkişaf yolu yoxdur. Biz gərək aramızda bu məsələləri həll edək, əks halda bizim təklikdə problemlərimiz olacaq”.
Azərbaycanla ikitərəfli əlaqələrdə bunun bariz nümunəsini gördüklərini deyən Mixail Saakşivli bildirib ki, bir-birimizə kömək edəndə, arxa duranda, bizi ayırmaq, yox etmək qeyri-mümkün olacaq.
“Digər tərəfdən biz dava edəndə, digər böyük oyunçular üçün çox asan şikar oluruq. Qafqazda sülhün olması bizim üçün bu həyatda qalmağın yeganə yoludur”,- deyə Gürcüstan prezidenti bildirib.
DOSTLARINLA PAYLAŞ: