Təkəri dəyişmək istəyərkən maşının altında qaldı
28 İyul 2013 Bazar 06:33
Qəza ehtiyatsızlıq səbəbindən baş verib
Antaliyanın Alanya mahalında baş verən qəza hamını şoka salıb. ANS PRESS-in Türkiyə mətbuatına isdinadən verdiyi məlumata görə, axşam saatlarında Bucaq Köyü Qaraqutu bölgəsində yaşayan İbrahim Çelikin ölümü ilə nəticələnən qəza ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, avtomobilinin partlayan sağ arxa təkərini dəyişdirmək istəyən İbrahim Çelik maşının həmin hissəsini qaldırıcı qurğu ilə qaldırıb. Ancaq təkəri yerindən çıxarmaq istəyərkən qaldırıcı vasitənin sürüşməsi nəticəsində onun boynu avtomobilin altında qalıb.

Hadisənin şahidləri xilasedici qruplara xəbər verərək kömək istəyiblər. Xilasetmə qrupları tərəfindən avtomobilin altından çıxarılan Çelikin hadisə yerindəcə həyatını itirdiyi məlum olub.

Onun cənazəsi Alanya Bələdiyyə Qəbiristanlığına göndərilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar