Tehranda yenidən nümayişlər başlayıb
26 İyul 2009 Bazar 12:40
Dünyanın 80-dən çox ölkəsində isə İran xalqına dəstək nümayişləri keçirilib

 

İran

İranda yenidən nümayişlər başayıb. Paytaxt Tehranın Vanak və Mirdamad hissəsində, eləcə həbsxananın qarşısında toplaşan etirazçılar "diktatora ölüm", "səsimizi geri istəyirik" kimi şüarlar səsləndiriblər. Onlar bir müddət sonra polis və könüllü Bəsic üzvləri tərəfindən dağıdılıb.

Dünyanın müxtəlif ölkələrində isə İran xalqına dəstək nümayişləri  keçirilib. 

Rusiya

Rusiya paytaxtında bir qrup hüquq müdaifəçisi İran səfirliyinin qarşısına yığışaraq İran xalqının mübarizəsinə dəstək olduqlarını bildiriblər. Aksiya zamanı heç kimi həbs olunmayıb. Nümayişçilər hətta İran siyasətinə görə Rusiya höküməti adından üzr istəyiblər.

ABŞ

ABŞ-ın Çikaqo şəhərində insan haqları uğrunda keçirilən aksiyanın əsas natiqi Rəqsanə Saberi olub. Həm İran, həm də Amerika vətəndaşı olan və 4 ay İranda həbsdə saxlanılan Rəqsanə Saberi deyib ki, səssizlik iranlılara kömək etməyəcək.
Xatırladaq ki, Saberi Amerikaya casusluqda təqsirləndirilərək İranda həbs edilmişdi.

Planlaşdırılmış yürüşün bir hissəsi olaraq nümayişçilər BMT-nin Vaşinqtondakı nümayəndəliyi qarşısında da toplaşıblar.

Fransa

Fransanın paytaxtında isə 200-ə yaxın nümayişçi Eyfel qülləsinin yaxınlığına toplaşaraq əllərində İranda həbsdə olanların və toqquşmalarda qətlə yetirilən 27 yaşlı Neda Ağa Sultanın şəklini tutublar. Onlar rəsmi Tehrandan zorakılığı və müxalifət nümayəndələrinin təqib olunmasını dayandırmağı tələb ediblər.

Almaniya

Almaniya paytaxtında isə nümayişçilər əllərində İrandakı zorakılıqların əks olunduğu plakatlar tutaraq küçədə yürüş keçiriblər.

Filippin

Filippinin paytatında isə bir qrup hüquq müdafiəçisi və sülh fəalı bu ölkədə insan haqları uğrunda həlak olmuşların xatirəsinə ucaldılan abidənin önündə şam yandırıb. Aksiya iştirakçısı Mersi Ferreri bildirib ki, filipppinlilər insan haqları məsələsində İran xalqı ilə tam həmrəydilər.

Yaponiya

Yaponiyanın paytaxtında da analoji aksiya keçirilib. Boyunlarına yaşıl şərf bağlayan 80-ə yaxın insan mərkəzi parkda toplaşaraq şam yandırıblar. Kütlə böyük ekranda İranla bağlı son xəbərlərə baxaraq müxtəlif mahnılar oxuyublar.

Qeyd edək ki, Yaponiyada 5 mindən çox iranlı yaşayır. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar