Tehranda universitet professoru qətlə yetirilib
11 Yanvar 2012 Çərşənbə 10:58
Güclü partlayışda bir nəfər ölüb, iki nəfər yaralanıb.
İranda universitet professoru qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxt Tehranda baş verib. Məlumata görə, professorun avtomobilinin kənarından keçən motosikletə bomba yerləşdilirib. Universitetin qarşısında baş verən partlayış nəticəsində bir nəfər həlak olub, ən azı iki nəfər yaralanıb.
"Fars" agentliyinin məlumatına görə, həlak olan professorun adı Mustafa Əhmədirövşən olub.
"Reuters" yazır ki, bir il bundan öncə eyni ssenari ilə nüvə proqramı ilə məşğul olan digər bir alimə sui-qəsd edilmişdi.
DOSTLARINLA PAYLAŞ: