Tehranda Qarabağ problemi haqda danışılıb
18 Fevral 2014 Çərşənbə Axşamı 22:44
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri ittifaqının 9-cu iclası bu gün Tehranda işə başlayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri ittifaqının 9-cu iclası bu gün Tehranda işə başlayıb.

İclasın açılış mərasimində İranın qanunvericilik, icraedici və məhkəmə hakimiyyətinin başçıları, 30 ölkə parlamentinin spikeri, on yeddi vitse-spiker və on beş beynəlxalq qurum və təşkilatın nümayəndə heyəti iştirak edib. İran prezidenti iclasın açılış mərasimində çıxış edib.

İran İslam Respublikasının prezidenti, Həsən Ruhani: “İslam dünyasında fikir və dialoqda dəyişikliyə ehtiyac var. Biz müsəlmanlar tez bir zamanda öz cəmiyyətlərimizə hakim kəsilmiş təhlükəsizlik blokundan keçməli və beynəlxalq səviyyədə qüdrət, sərvət istehsalı və məqsədyönlü inkişaf blokuna daxil olmalıyıq. Sionistlər hamıdan çox regionun böhranlı durumundan faydalanırlar. İran İslam Respublikası İslam dünyasına münasibətində bütün islam ölkələri, xüsusən regionun müsəlman ölkələrinin maraqlarını nəzərdə saxlayır.İslam məclisləri birliyi iclasının müsəlmanların tərəqqisi istiqamətindəki hədəflərə çatacağına ümid edirəm. İran bu birliyin hədəflərinin irəliləyişi sahəsində həmkarlığa hazırdir.”

Qeyd edim ki, bu iclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir. Milli Məclisin sədri çıxış zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən danışaraq qeyd edib, İslam Əməkdaşlıq Təşkilatı 2008-ci ildə Azərbaycanın mövqeyinin dəstəklənməsində təsirli rol oynayıb. BMT məhz İslam ölkələrinin dəstəyi ilə Azərbaycanda münaqişəli vəziyyətin həllinə dair qətnamə qəbul edib: "Qarabağ problemi həm region, həm də digər dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir".

Oqtay Əsədov Azərbaycan dövlətinin mövqeyini dəstəklədiyinə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib. İslam ölkələri Parlamentləri İttifaqının 9-cu iclasının mərasimində bu ittifaqa sədrlik Sudandan İrana təhvil verilib və sabah başa çatacaq. İclasin dəvaminda Milli Məclisin sədri Oqtay Əsədov İran Prezidenti Həsən Ruhani ilə görüşüb və baş tutan görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar