Tehranda polislə nümayişçilər toqquşur
28 İyun 2009 Bazar 23:40
3 min nümayişçi polisin hücumuna daş və butılka ilə cavab verir

 

İranın paytaxtı Tehranda polislə 3 min nümayişçi arasında toqquşma gedir. Bu barədə «Associated Press» hadisənin iştirakçılarına istinadən bildirir.

Xəbərə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edir. Onlar isə «Mənim səsim hanı» bağıraraq, polisə daş və butılka atırlar. Əldə olunan məlumata görə, bəzi nümayşçilərin əlləri və ayaqları qırılıb.

Qeyd edək ki, etiraz nümayişləri 12 iyunda keçirilmiş və prezident Mahmud Əhmədnejadın qələbəsi elan edilmiş prezident seçkiləri ilə bağlı gedir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar