Tehranda narkotiklərlə mübarizə haqda danışılacaq
01 Avqust 2010 Bazar 19:25
İran paytaxtında İƏT-ə üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin 1-ci iclası işə başlayacaq.
Avqustun 2-də Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin narkotiklərlə mübarizə üzrə idarə rəhbərlərinin birinci iclası işə başlayacaq. İclas iki gün davam edəcək.
Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şahin Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: