İranda 12 iyunda keçirilən prezident seçkisində səslərinin saxtalaşdırıldığını bildirən və nəticələrə etiraz edən namizəd Mir Hüseyn Musəvinin tərəfdarları yenidən mitinq keçirmək üçün bir araya gəlib. ANS PRESS-in «CNN Türk»ə istinadən verdiyi xəbərə görə, Musəvinin həlak olanların xatirəsinə matəm mitinqi keçirməyi təklif etməsi on minlərlə insanın məscidlərə toplaşmasına və Tehran küçələrində bir araya gəlməsinə səbəb olub.
Matəm mitinqi keçirmək üçün İmam Homeyni meydanına yığışan qara geyimli nümayişçilər əllərində şamlar tutaraq «Qardaşlarımız haradadır?», «Qardaşlarımızı nə üçün öldürdünüz?» kimi şüarlarla Firdevsi prospektindən şimala doğru səssiz yürüşə başlayıblar. /ANS PRESS/