Tehran yenə qaynayır
07 Dekabr 2009 Bazar Ertəsi 17:15
Tehran yenə qaynayır. Polis nümayiş iştirakçılarına atəş açıb.
Tehrandan əldə edilən son məlumata görə, müxalifətin mitinqində hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı döyüş güllələrindən istifadə edib.

Yüzlərlə polis Tehran Universitetini mühasirəyə alıb. Məqsəd Tələbə günü müxalifyönlü nümayişin qarşısını almaqdır.

Bundan əvvəl isə polis Tehranın mərkəzindən bütün jurnalistləri çıxarıb.

Əvvəl yayılan məlumatda bildirilirdi ki, bu gün İran polisi gözyaşardıcı qazla müxlaifət lideri Mir Hüseyn Musəvinin tərəfdarlarını Tehranın mərkəzindən qovub. "Reuters" agentliyinin məlumatına görə, polis Musəvinin iki tərəfdarını saxlayıb.

Qeyd edək ki, bu gün müxalifət hər il keçirilən tələbə günü ilə əlaqədar etiraz aksiyaları təşkil etməyi planlaşdırırdı. Bununla əlaqədar hakimiyyət xarici jurnalistlərə Tehranda ayın 9-dək peşə fəaliyyəti ilə məşğul olmağı qadağan edib. İki gün ərzində İranda fəaliyyət göstərən xarici jurnalistlər reportaj üçün öz ofislərini tərk edə bilməzlər.

Qeyd edək ki, dekabrın 7-də İranda 1953-cü ilin bu tarixində Amerka əleyhinə mitinqlər zamanı ölən 3 tələbəyə həsr olunmuş tələbə günü qeyd olunur. Tələbə günü ilə əlaqədar hakimiyyət gəncləri Qərb dövlətlərinə qarşı barışmaz olmağa çağırıb.Hakimiyyətin bunu etməkdə məqsədi Mahmud Əhmədinejada qarşı əks mövqedə olan tələbələrin etirazlarının qarşısını almaqdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar