Tehran Vaşinqtona Nabukko ilə bağlı məsaj göndərib
09 Dekabr 2009 Çərşənbə 16:05
Mənuçöhr Möttaki: "İran olmadan “Nabukko” qaz kəməri boş qalacaq"
“İran olmadan “Nabukko” qaz kəməri boş qalacaq”. İranın bu ismarıcını ölkənin xarici işlər naziri Mənuçöhr Möttaki səsləndirib. Mottaki Amerikanın İranı layihədən uzaqlaşdırmaq cəhdlərini tənqid edib. “Amerika Birləşmiş Ştatlarının İranı “Nabukko” layihəsindən kənarlaşdırmaq planları əhəmiyyətsizdir. İran olmadan “Nabukko” qaz kəməri boş qalacaq”, - deyə Möttaki BƏƏ-nin xarici işlər naziri şeyx Abdullah əl Nahyan ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, İran olmadan “Nabukko” üzrə danışıqlar yalnız qazsız borular ətrafında olacaq: “Bu səbəbdən amerikalılar ilk öncə regionun reallıqlarını bilməlidir və bundan sonra fikirlərini söyləməlidirlər”.
Xatırladaq ki, bundan əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama “Nabukko” layihəsi ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: