Tehran hava limanında “Davud ulduzu”
29 Noyabr 2010 Bazar Ertəsi 06:55
“İnqlabdan 32 il sonra bu sionizm işarəsinin hələ də götürülməməsi çox maraqlıdır!”
İranın paytaxtı Tehrandakı hava limanı binasının damında İsrailin dövlət bayrağında da olan “Davud ulduzu” aşkarlanıb. İsraildə nəşr olunan “Yediot Aharanot” qəzetinin yaydığı və İran mətbuatında da verilən məlumatda, Tehranda olan bu hava limanının İslam inqlabından əvvəl 1979-cu ildə şah Rza Pəhləvi dövründə israilli mühəndislər tərəfindən tikildiyi bildirilib. Altıbucaqlı “Davud ulduzu”nun varlığı isə internet atlası “Google Earth” sayəsində meydana çıxıb.

İsrail mətbuatında isə xəbər, “İnqlabdan 32 il sonra bu sionizm işarəsinin hələ də götürülməməsi çox maraqlıdır!” – sözləri ilə əks olunub.

Qeyd edək ki, Tehranda biri “İmam Xomeyni”, digəri “Mehrabad” adlı 2 hava limanı var və “Davud ulduzu”nun hansı binada olduğu bildirilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar