Tecavüzçü müellim yoldan çıxarıldığını iddia etdi
22 Avqust 2013 Cümə Axşamı 04:36
Müellim mehkemede peşman olduğunu deyib.
Türkiyənin Diyarbəkir vilayətində avtomobildə 13 yaşlı qız şagirdlə polis tərəfindənb yaxalanan müəllim ifadəsində yoldan çıxarıldığın iddia edib. Yerli mətbuatın xəbərinə görə, polis yaxınlaşarkən 39 yaşlı müəllim avtomobilin arxa oturacağında 13 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edirmiş. Müəllim barəsində 16 ildən 50 ilə qədər həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb.
Müəllim isə qızla cinsi əlaqədə olmadığını, 13 yaşlı şagirdi tərəfindən yoldan çıxarıldığını iddia edib.
“Mənə yazdığı məktublardan düşüncəsinin fərqli olduğunu başa düşürdüm. Daha sonra bunun məktəbdə yaxşı qarşılanmayacağını fikirləşdiyim üçün qardaşı ilə birlikdə onunla bayırda görüşməyə qərar verdim. Qardaşsız gəldi və maşının qabaq oturacağında əyləşdi. Ona səhv yolda olduğunu dedim. Bir az getdikdən sonra maşını yolun sağ tərəfində saxladım. Mənimlə seksual hərəkətlər edirdi. Mane olmağa çalışsam da özümü itirdim. Sonra arxa oturacağa keçdik. Cinsi əlaqədə olmadıq. Polis gələndə kəmərimiz açıq idi. Amma çılpaq deyildik. Bir səhv etdim. Amma onu zorlamadım. Hədələmədim də. Çox peşmanam” – deyə müəllim ifadəsində bildirib.
Məhkəmə müəllim barəsində həbs-qətimkan tədbirinə qərar verib və 13 yaşlı şagirdin psixoloq nəzarətindən keçməsi üçün proses təxirə salınıb.
DOSTLARINLA PAYLAŞ: