Təbrizdə zəlzələ baş verdi
26 Yanvar 2013 Şənbə 23:29
Zəlzələ Azərbaycanın Iranla həmsərhəd yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.
Bu axşam İran İslam respublikasında zəlzələ baş verib. ANS PRESS Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19.10-da Təbrizdən 66 km şimal-şərqdə, Ordubadddan 93 km cənub-şərqdə qeydə alınıb. Məlumata görə, zəlzələ Azərbaycan Respublikasının Iranla həmsərhəd yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub. Azərbaycan ərazisində insan təlafatı və tikililərdə dağıntı yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar