Təbrizdə Şəhriyarın heykəli oğurlanıb
10 Yanvar 2012 Çərşənbə Axşamı 01:42
İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın heykəli oğurlanıb.
APA-nın “Nasrnews” xəbər saytına istinadən verdiyi məlumata görə, Təbrizin Ustad Şəhriyar bulvarının girəcəyində qoyulmuş böyük Azərbaycan şairinin heykəli oğurlanıb. Oğurluq hadisəsinin gecə yarısı baş verdiyi ehtimal olunur. Hələlik Təbriz şəhərinin rəsmiləri faktla bağlı heç bir açıqlama verməyiblər və məsələ əhali üçün qaranlıq olaraq qalır.
Qeyd edək ki, analoji hadisə 2010-cu ilin yazında İranın paytaxtı Tehran şəhərində ardıcıl şəkildə baş vermişdi. Həmin vaxt Səttarxan, Bağırxan, Ustad Moin, Şəhriyar, Şəriəti, Səni Xatəm və s. heykəlləri oğurlanmışdı. Ancaq hələ də həmin oğurluqların üstü açılmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar