Təbrizdə Fransa və Ermənistan prezidentlərinin şəkilləri yandırılıb
30 Yanvar 2012 Bazar Ertəsi 14:12
Yanvarın 29-da İranın futbol üzrə ölkə çempionatı çərçivəsində Təbriz şəhərinin “Səhənd” stadionunda Tehranın “İstiqlal” komandası yerli “Traktorsazi” klubunun qonağı olub.
 . APA-nın məlumatına görə, çox gərgin keçən oyun 0:2 hesabı ilə “İstiqlal”ın xeyrinə başa çatıb. Ancaq qarşılaşma bir sıra hadisələrlə yadda qalıb. Belə ki, əllərində ““Erməni soyqırımı” böyük bir yalandır, tək doğru ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı işlənən soyqırımdır!" yazılmış böyük bir plakat tutan azərbaycanlı azərkeşlər Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsinə etirazlarını bildiriblər. Onlar Fransa və Ermənistan əleyhinə müxtəlif şüarlar da səsləndiriblər. Eyni zamanda azərbaycanlı azarkeşlər Fransa və Ermənistan prezidentləri Nikola Sarkozi və Serj Sarkisyanın, həmçinin qanun layihəsininin müəllifi hakim Xalq Hərəkatı uğrunda Birlik Partiyasının millət vəkili Valeri Boyerin şəkillərini yandırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar