Təbii fəlakət Rumınıyaya da
04 İyul 2010 Bazar 18:30
Burada körpülərin və yüzlərlə evin məhv olduğu bildirilir.
Rumıniya hökuməti 22 nəfərin həyatına son qoyan daşqınların ölkənin əksər bölgələrini viran qoyduğunu təsdiq edib. Körpülərin, yüzlərlə evin məhv olduğu bildirilir. 2 minə yaxın insan şərqdəki Sausesti kəndindən evakuasiya edilib.

Fəlakətin baş verdiyi ərazilərə baş çəkən Rumıniya prezidenti Trayan Basesku daşqınlardan zərər çəkən insanlara bildirib ki, onlar artıq bu bölgələrdə evlərini bərpa edə bilməzlər. Baseskunun sözlərinə görə, yerli sakinlərə ev tikmək üçün başqa yerlərdə torpaqlar paylanılacaq.

Ölkənin şimal və mərkəz bölgələrində isə leysan və daşqın xəbərdarlığı qüvvədədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar