Təbiətin aprel zarafatı: Lissabonda çovğun
30 Aprel 2011 Şənbə 13:40
Portuqaliya paytaxtı Lissabonda qarın hündürlüyü 5 santimetrə çatıb.
Portuqaliyanın paytaxtı Lissabon aprelin son günlərində təbiətin sürprizi ilə qarşılaşıb. Şəhərdə və onun ətraf ərazilərində güclü çovğun olub. Şəhər sakinləri yağıntının hər formasınının - qar, yağış və dolunun şahidi olublar. Bəzi yerlərdə qarın hündürlüyü 5 santimetrə çatıb. Dolu nəticəsində bir çox maşınların şüşələri sınıb, yollarda görmə məsafəsinin pisləşməsi isə tıxaclar və yol qəzalarına səbəb olub. Şəhərdə temperaturun 0 dərəcədən yüksək olması səbəbindən qar tez əriyib. Küçələr çaya bənzəyib. Şəhər nəqliyyatının fəaliyyəti iflic olub.

Lissabonda temperatur bu gün yaz göstəricilərinə qayıtsa da, güclü yağış proqnozlaşdırılıb.
Şəhər sakinləri bu vaxtadək bu cür halın şahidi olmadıqlarını deyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar