TBMM sədri Qərbi güzgüyə baxmağa çağırıb
12 Mart 2010 Cümə 20:25
Mehmet Əli Şahin isveçli deputatların qərarına etiraz edib
Bəlli oldu]u kimi, İsveç parlamentinin Xarici Əlaqələr Komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsini qəbul edib. Sənəd Amerika Konqresindəki kimi bir səs çoxluğu ilə təsdiqlənib. Rəsmi Ankara etirazını İsveçdəki səfirini geri çağırmaqla bildirib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə İsveçə planlaşdırılan səfərini təxirə salıb.

Türkiyə hökumətinin qənaətinə görə, İsveç parlamentariləri 2010-cu ildəki seçkilərə hazırlaşdığından belə ədalətsiz addım atıb. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin bu qərara etiraz edərək Qərbi güzgüyə diqqətlə baxmağa çağırıb: “Bu iddiaları parlamentdə müzakirə və qəbul edən qərblilərə səslənirəm. Əgər başqa ölkələri işğal etmək, o ölkənin insanına soyqırım etmək kimi bir günahın içinə salmaq istəyirsinizsə, xahiş edirəm güzgüyə baxın, güzgüdə görəsiniz”.

Qeyd edək ki, qərara etiraz olaraq Türkiyənin İsveçdəki səfiri Zergün Koruturk məsləhətləşmələr üçün Ankaraya çağırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar