Tayyib Ərdoğanı başını kəsməklə hədələdilər
01 Dekabr 2010 Çərşənbə 04:45
Türk intiqam birliyi: “Sən Ərdoğanın axırı yaxındır, başını kəsəcəyik”
“Türk İntiqam Birliyi” (TİB) təşkilatının Savaşan Atsız kod adlı sədri video-çarx vasitəsilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı hədələyib. TİB-ə qarşı başladılan istintaq çərçivəsində 16 nəfər polis tərəfindən saxlanılıb. Şübhəlilərdən bəzisi azadlığa buraxılsa da məhkəmə onlardan 6 nəfərinin həbs olunmasını qərarıaşdırıb.
Təşkilatın sədri Savaşan Atsıza aid baş nazirin hədələndiyi video-çarx isə istintaq çərçivəsində şübhəlilərin evlərində aparılan axtarış vaxtı aşkarlanıb. TİB sədri Türkiyənin sadəcə türklərə aid olduğunu, kürdlərlə birlikdə yaşamaq istəmədiklərini bildirir: “Bura Türkiyə respublikasıdır. Türkiyə hüdudlarının daxilində türklərdən başqa heç bir irq yaşaya bilməz. Biz türk gəncləri ölkəmizdə kürd istəmirik. Bu torpaqlara Türkiyə deyilməsinin bir mənası var. Adından da məlum olduğu kimi Türkiyə türklər üçündür”.
Çıxışın davamında baş nazir Ərdoğanı taxtdan endirəcəklərini deyən Atsız baş naziri başını kəsməklə hədələyir: “Bu ölkənin ordusu var. Ordu da türkçülərin yanındadır. Biz türk övladları sən Rəcəb Tayyib Ərdoğanı taxtından endirməyə də qadirik. Bura Türkiyədir. Türk inqilabı yaxındır. Sən Ərdoğanın axırı yaxındır, başını kəsəcəyik”.
Qeyd edək ki, polis hal-hazırda təşkilatı Hollandiyadan idarə edən TİB lideri Atsızın istintaqa cəlb edilməsi üçün axtarışlara başlayıb. Hüquq-mühafizə orqanları artıq bu məqsədlə “İnterpol”a da müraciət edib.
DOSTLARINLA PAYLAŞ: