Tayyib Ərdoğan Dövlət Bahçelini məhkəməyə verib
06 Fevral 2010 Şənbə 06:35
Baş nazir MHP-nin sədrindən 100 min lira mənəvi təzminat tələb edir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət məclisində baş vermiş hadisələr barədə mətbuata verdiyi açıqlamaya görə Milliyətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Bahçelini məhkəməyə verib. Baş nazir MHP-nin sədrindən 100 min lira mənəvi təzminat tələb edib. Baş nazirin vəkilləri şikayət ərizəsində, Bahçelinin verdiyi açıqlamada baş nazir Ərdoğanı ittiham etdiyini və ləyaqətini alçaltdığını vurğulayıblar. “Dövlet Bahçeli bu ifadələrində tənqid və söz azadlığının hüdudlarını aşıb”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar