Tayvanda zəlzələ olub
02 İyun 2013 Bazar 22:44
Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb
Tayvanda Rixter şkalası ilə 6.2 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Təbii fəlakər adada böyük təşvişə səbəb olub. ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin Taypeydən 250 km cənubda, 20 metrlik dərinlikdə baş verdiyini bildirib. Yeraltı təkanlar Hinq Konqda da hiss edilib.
DOSTLARINLA PAYLAŞ: