Tayvanda 6.9 bal gücündə zəlzələ olub
26 Aprel 2010 Bazar Ertəsi 10:35
İnsan tələfatı və dağıntı barədə məlumat yoxdur.
Bu gün səhər saatlarında Tayvanda zəlzələ baş verib. Amerika Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələnin episentiri adanın 314 kilometr cənub-şərqi ilə Filippinin Batan adalarının şimal-şərqində 10 kilometr dərinlikdə qeydə alınıb.

Sakit Okeanı Sunami Xəbərdarlıq Mərkəzinin məlumatına görə, ərazidə sunami təhlükəsi olmasa da, 100 kilometr aralıda kiçik sunamilər yarana bilər.

Zəlzələ zamanı dağıntı və can itkisinin olub-olmadığı hələ məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar