Tayvanda 6,3 bal gücündə zəlzələ olub
04 Oktyabr 2009 Bazar 01:30
Tayvanda 6,3 bal gücündə zəlzələ olub. Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.
Tayvan sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur. Yerli Seysmoloji Xidmətin məlumatına görə, yeraltı təkanların episentri adanın qərb sahilində 23 kilometr aralıda 15 kilometr dərinlikdə qeydə alınıb. Təkanlar Tayvanın inzibati mərkəzi Taybeedə də hiss olunub. Sunasi yaranması təhlükəsi yoxdur.
Qeyd edək ki, Tayvanda zəlzələlər tez-tez baş verir. Adada ən güclü zəlzələ (7,6 bal) 1999-cu ilin sentyabrında baş vermişdi. O zaman təbii fəalkət təxminən 2400 adamın həyatına son qoymuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: