Taylandın şərq sahillərində turistlə dolu ikimərtəbəli bərə batıb
03 Noyabr 2013 Bazar 20:10
Hadisə nəticəsində 2-si Rusiya vətəndaşı olmaqla 6 nəfər boğularaq ölüb.
Taylandın şərq sahillərində turistlə dolu ikimərtəbəli bərə batıb. Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində azı 6 nəfər boğularaq ölüb. Ölənlər arasında 2 Rusiya və 1 Çin vətəndaşı var.

Hadisə zamanı gəmidə 200-ə yaxın sərnişin olub. Gəmi turistləri Lan adasından Pattaya istirahət mərkəzinə aparırmış. Gəminin batmasına ilkin səbəb kimi isə, turistlərin özü göstərilir. Belə ki, sahildən ayrıldıqdan bir neçə dəqiqə sonra gəminin mühərrikində nasazlıq yaranıb və turistlər təlaş içində ikinci mərtəbəyə qaçıblar. Bu isə, gəminin yanı üstə əyilməsinə və su ilə dolmasına səbəb olub.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis hadisə zamanı gəminin həddən artıq yükləndiyini məruzə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar