Tayland qurumağa başlayır
13 Noyabr 2011 Bazar 14:15
Şəhərin mərkəzini sel sularından təmizləmək mümkün olub.
Taylandın paytaxtı Banqkokda bəzi rayonlar 50 ilin ən güclü daşqınının öhdəsindən gələ bilməsə də, artıq şəhərin mərkəzi hissəsindən su çəkilir. Bu isə şəhərin mərkəzində quraşdırılmış səyyar su çəkmə stansiyalarının hesabına mümkün olub. 24 saat dayanmadan işləyən stansiyalar şəhərin mərkəzini Taylandın şimal-şərq hissəs ilə bağlayan yolları sel sularından təmizləyib.
Daşan Çao Praya çayının sularını kanallar vasitəsilə dənizə axıtmaq da mümkün olub. Banqkok qubernatoru ölkənin şimal əyalətlərindən Banqkok sel sularının gəlməsinin dayandığını bildirib. Şəhər sakinləri könüllü olaraq, daşqından sonra qalan tullantıların toplanmasına cəlb olunublar.
DOSTLARINLA PAYLAŞ: