Tayland beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
30 Aprel 2011 Şənbə 12:44
Tayland beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Ölkənin Kamboca ilə ərazi mübahisəsi davam edir.
Tayland hökuməti ölkənin Kamboca ilə sərhəddində baş vermiş toqquşmalarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyi planlaşdırır. Taylandın baş naziri bu məsələ ilə məşğul olmaq üçün ekspertlərdən ibarət xüsusi komitə təşkil edib. Eyni zamanda Taylandın xarici işlər nazirliyinin mətbuat katibi Xun Thani bildirib ki, onlar məsələnin ikitərəfli əsasda həllini tapacağına hələ də ümid edir.

Tayland rəhbərliyi Kamboca ilə sərhəddə qarşıdurmaların xüsusən də ərazidə döyüşlərin dayandırılması üzrə tədbirlərə dair razılığın əldə olunmasından sonra da davam etməsinə məyusluq ifadə edib. Regiondan 30 minədək insan evakuasiya edilib. Tayland hökuməti regionda toqquşmalara son qoyulması üçün razılaşdırılmış tədbirlərin icrası ilə bağlı bu gün danışıqlar aparacaq. «Tayland üçün güc tətbiqi yalnız öz ərazimizi və xalqımızı qorumaq məqsədi daşıyır. Bu , özünümüdafiə məqsədilə edilir.» - Tayland hökumətinin bəyənatında belə deyilir.

Qeyd edək ki, Tayland və Kamboca arasında ərazi mübahisəsi son iki ildə dəfələrlə baş verib. Bu il toqquşmalar fevralda hər iki ölkənin iddia etdiyi və 900 ilədək yaşı olan kilsə yaxınlığında başlayıb. Həmin toqquşmada 10 nəfər ölüb, minlərlə insan evlərindən didərgin düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar