Tatarstan Avia şirketinin baş direktoru Aksan Qiniyatullin işden çıxarılıb
04 Dekabr 2013 Çərşənbə 12:28
Bu qerar Tatarstan Avia şirketinin direktorlar şurası terefinden verilib.
“Tatarstan” Avia şirketinin baş direktoru Aksan Qiniyatullin noyabr ayının 17-de 50 neferin ölümüne sebeb olan teyyare qezasına göre işden çıxarılıb. ANS PRESS-in“RİA Novosti” agentliyine istinaden verdiyi xebere göre, bu informasiya Tatarstanın neqliyyat nazirliyinden alınıb.

Bu qerar “Tatarstan” Avia şirketinin direktorlar şurası terefinden verilib.

Xatırladaq ki, noybrın 17-de Moskvadan Kazana uçan sernişin teyyaresi eniş ederken qezaya uğramışdı. Qeza zamanı Tatarstan prezidentinin oğlu İrek Minnixanov ve Rusiya Federal Tehlükesizlik Xidmetinin Tatarstan üzre idaresinin rehberi Aleksandr Antonov da facieli suretde helak olmuşdular.


DOSTLARINLA PAYLAŞ:

oyunlar