Tatarlar yeni Krım hakimiyyəti ilə heç bir danışığa getməyib
03 Mart 2014 Bazar Ertəsi 22:53
Krım-Tatar Xalqının Məclisinin sədri Refat Çubarov baş nazirin müavini Rustam Temirqaliyevin dediklərini təkzib edib.
Krım-Tatar Xalqının Məclisi yeni Krım hakimiyyəti ilə heç bir danışığa getməyib və heç bir anlaşma əldə etməyib. Bu barədə Krım-Tatar Xalqının Məclisinin sədri Refat Çubarov bildirib.

ANS PRESS-in məlumatına görə, o, Krım hökumətinin baş nazirinin müavini Rustam Temirqaliyevin hökumətlə Məclis arasında anlaşma barədə dediklərini təkzib edib. Temirqaliyev bildirmişdi ki, hökumətlə deportasiya olunmuş Krım tatarlarının yerləşdirilməsi üçün vəsait ayrılması barədə anlaşma əldə edilib.

"Krımda dərin böhran olduğu, yarımada sakinlərinin böyük bölümünün baş verənləri öz qohumlarının, ailələrinin və yaxınlarının həyatına birbaşa təhlükə saydığı bir şəraitdə ilk növbədə Krım torpağına sakitlik gətirmək lazımdır. Bu və ya başqa siyasətçinin əməlləri və vəzifə mövqelərini möhkəmləndirmək istəyi ilə bağlı istənilən vədlər, müzakirələr və söhbətlər arxa plana keçir", - deyə Çubarov vurğulayıb.

Onun sözlərinə görə, Məclis Krıma "böyük bədbəxtlik" gətirə biləcək bu cür hadisələrin qarşısının alınması ilə məşğuldur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar