Tatarıstan muftisinin maşını partladılıb. Onun müavini isə öz evindən çıxarkən güllələnib.
Kazanda Tatarıstan muftisi İldus Fayzovun olduğu avtomobil partladılıb. Nəticədə, müfti yaralanıb. Elə həmin vaxtlarda onun müavini Vəliulla Yakupov öz evindən çıxarkən güllələnib və o, yerindəcə ölüb. Sui-qəsdlərin səbəbi açıqlanmır.
Müsəlman Regionunun Dini İdarəsinin Təhsil Şöbəsinin rəhbəri Vəliulla Yakupov da öldürülüb. Bu barədə məlumatı Tatarıstan Müsəlman Dini İdarəsinin rəhbəri Rişat Xamidullin verib. O qeyd edib ki, Yakupovun meyidi ilə bağlı təfərrüatlar hələ müəyyən olunmayıb.
“Tatarinform”un verdiyi məlumata əsasən, atəş səsləri Yakupovun evinin girişində eşidilib və hadisənin baş verdiyi yerdən 6 giliz tapılıb. Yaralı Yakupov özünü maşına qədər çatdırıb və orada vəfat edib.
Eyni zamanda, ölkənin digər hissəsində Musina və Çetayeva küçələrinin kəsişməsində müftinin maşını partladılıb. Partlayışın təzyiqindən İldus Fayzov avtomobildən kənara atılıb və xəstəxanaya çatdırılıb. Tatarıstan müftisinə olan hücum və onun müavininin qətlə yetirilməsi onların peşə fəaliyyəti ilə bağlı olduğu ehtimal olunur.
Qeyd edək ki, hər 2 din xadimi ölkədə ekstremizmlə mübarizədə məşhur şəxslər hesab olunur.